Ekoloqların sözlərinə görə, 4 oktyabr tarixi təsadüfi olaraq seçilməyib. Bu gün müqəddəs Fransisko Assizkonun ölüm günü kimi də yad olunur. Orta əsr İtaliyasında yaşamış zahid nəinki Fransis ordeninin əsasını qoyan, həmçinin heyvanların müdafiəçisi və himayəçisi kimi yad olunur. Buna görə də bir çox rəssamlar öz əsərlərində müqəddəs Fransisi heyvan və quşların əhatəsində təsvir ediblər.
Azərbaycanda da heyvanların müdafiəsi sahəsində müxtəlif tədbirlər, layihələr həyata keçirilir. “Qırmızı Kitab”a düşmüş heyvan növlərinin qorunmasına xüsusi diqqət yetirilir və bu istiqamətdə müvafiq tədqiqatlar aparılır. Nəsli kəsilməkdə olan və ya tükənmək təhlükəsi ilə üzləşən fauna növləri qoruqlar, yasaqlıqlar, milli parklarda ciddi mühafizə olunur, sayları artırılır.
“Belə layihələrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən “Zubrların Azərbaycana reintroduksiyası” proqramını, eyni zamanda bəbirlərin, ceyranların qorunması sahəsində görülən tədbirləri nümunə göstərmək olar”.
Vəhşi təbiətin, fauna və flora növlərinin yox olmasının qarşısını birgə mübarizə aparmaqla ala bilərik.