21 may 2022, 12:00

22 may Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar mayın 22-də Azərbaycanın milli parklarında “açıq qapı” günü təşkil olunacaq.

Ziyarətçilər giriş haqqından azad edilirlər.

“Açıq qapı” günü ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.

Qeyd edək ki,elektriklə işləyən kvadroskuterlər sevərlər üçün 21-23 may tarixlərində Abşeron Milli Parkında, 22 may tarixində isə Şirvan Milli Parkında şərait yaradılacaq.

________________

Milli parkların İş saatları : 09:00-dan 18:00 kimi

Telefon : 012-566-26-10

https://nationalparks.az/

https://www.instagram.com/nationalparks.az_/

Fotoqalereya