Kollegiya iclası keçirilib

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2020-ci ilin yekununa və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib.

Kollegiya iclasında qurumun struktur bölmələrinin rəhbərləri, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, həmçinin ETSN yanında İctimai Şuranın sədri iştirak edib.

İclasda ölkə başçısı tərəfindən verilən tapşırıqların icrası ilə bağlı həyata keçirilən tədbirlər, növbəti ildə işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin Strateji Fəaliyyət və Tədbirlər Planlarının hazırlanması, “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşri, meşə ilə örtülü ərazilərin genişləndirilməsi proqramı müzakirə olunub və ilin yekununa dair hesabatlar dinlənilib.

Sonda nazirliyin tabeli qurumlarının rəhbərlərinə qarşıda duran vəzifələrin və yeni fəaliyyət planlarının icrası ilə bağlı konkret tapşırıqlar verilib.

 

QEYD; Azərbaycan Respublikası "Qırmızı Kitab"ı - Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.

Fotoqalereya