Ölkəmizə daha 9 zubr gətiriləcək.

14 oktyabr 2022, 11:15

Azərbaycana noyabr ayında daha doqquz zubr gətiriləcək

“Sevindirici haldır ki, tarixən ölkəmizin ərazisində məskunlaşan zubrlar yenidən Azərbaycan təbiətinə qaytarıldı.

Gətiriləcək zubrlar Azərbaycan mühitinə, öncə gətirilən zubrların genetikasına uyğun olaraq xüsusi seçilir və öncə Şahdağ Milli Parkının ərazisinə gətirilib orada saxlanılacaq, sonradan sərbəst olaraq təbiətə buraxılacaq.

Umimilikdə 2028-ci ilə kimi 100 baş zubrun Azərbaycana gətirilməsi planlaşdırılır: “Alimlər hesab edir ki, onlar 500 baş olduqda, populyasiyası dayanıqlı olacaq və məhv olma təhlükəsi azalacaq”.

_________________________________________________________________

1937-ci ildə Cənubi Qafqazda zubrların nəsli kəsilib: “Təkrar olaraq IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan 12 zubr gətirilərək, təbiətə buraxılıb. Bu müddət ərzində populyasiyada təbii artımın olması ilə 20 baş zubr təbiətə buraxılıb. Hazırda doqquz baş İsmayıllıda volyerdə saxlanılır, noyabrda isə daha 9 baş gətiriləcək”.

Qeyd edək ki, Azərbaycanda zubrlar ilk insanların yaşadığı qədim dövrlərdən mövcud olub. Qobustan qayalarının üstündə vəhşi zubrların cizgilərinin əks olunması da bunun göstəricisidir. Tarixçilər zubrlarla bağlı öz salnamələrində qeyd edir ki, Azərbaycan xanları XII-XIII əsrlərdə vəhşi zubrları ovlayırdılar. Bu səbəbdən onların ölkə təbiətinə qaytarılması bizim tarixi irsimizin daha bir elementinin bərpası anlamına gəlir.
Zubrların Azərbaycanda biomüxtəlifliyin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, layihənin təşkilatçıları ölkəmizin şimal bölgəsində yaşayan əhalini və ümumiyyətlə respublika ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işinə dəstək olmağa çağırır”.