Azərbaycanda "Flaminqo festivalı" keçirilib.

21 noyabr tarixində Qızılağac Milli Parkında, Azərbaycanda ilk dəfə "Flaminqo festivalı" keçirilir.
 

Festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri, suvenirlər, həmçinin Qızılağac Milli Parkını tərənnüm edən simvollar nümayiş etdirilir.Festival çərçivəsində qayıq və kvadrasikllarla gəzinti, quşların müşahidəsi, müxtəlif əl işlərinin sərgisi, sənətkarların master klassları, “Ekstremal şəraitdə sağ qalmaq yolları” təlimi, intellektual viktorina, əyləncəli musiqili proqram və s. tədbirlər təşkil olunacaq.Festivalda dövlət qurumları, qeyri-hökumət təşkilatları, universitetlər və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də milli parkı ziyarət edən turistlər iştirak edir.

 

 

 

Fotoqalereya