01 MAY 2023, 11:00
Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1-dək davam edəcək.
Qeyd edilib ki, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olanlar barəsində qanunamüvafiq tədbirlər görülür.
Balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb.
Aşağıdakı yerlərdə və müddətlərdə balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır:
Su obyektləri |
Qadağan müddətləri |
Xəzər dənizində (gölündə) və dənizə axan bütün çaylarda |
1 may - 30 iyun |
Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə |
1 yanvar -15 avqust |
Kür və Araz çayları ilə əlaqəsi olan bütün su hövzələrində |
1 may - 30 iyun |
Kür çayında Mingəçevir şəhər körpüsündən Varvara su anbarının sahillərinə qədər 10 km-lik ərazidə |
1 - 30 aprel |