Müddəti: 3 saat
Növü: Avtomobil və piyada
Yaş həddi: 10-70 yaş arası
Marşrutun kateqoriyası: Sadə
Marşrutda qalma vaxtı: Yay mövsümündə 20:00-dək, qış mövsümündə 17:00-dək
Marşrut üçün lazım olan ləvazimatlar: Binokl, ərzaq, içməli su və gəzinti üçün rahat ayaqqabı
Milli Park Bakı şəhərindən 285 km məsafədə Ağcabədi rayonunun ərazisində yerləşir. Bakı-Bəhramtəpə-st.Mingəçevir magistral şose yolundan məsafəsi 8 km-dir. (“Ağgöl” yeməkxanasının yanından).