Bəsitçay Dövlət Təbiət Qoruğu

  • Qısa məlumat: Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır.  Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir.
  • Yerləşməsi: Qoruq Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir.
  • Sahəsi: 107 ha
  • Landşaftı: dağlıq, dik yamaclı dağlar, təpəliklər, meşələr
  • Rast gəlinən bitki növləri: Qafqaz dağdağanı, uzunsaplaq palıd, şərq çinarı,adam zəfəranı, paradoksal süsən, dağ badamı, yunan qozu və s.
  • Rast gəlinən heyvan növləri: Qara çalağan, xınalı kəklik, ağdöş kirpi, zolaqlı kaftar, çöl pişiyi və s.
  • Qırmızı kitaba daxil olan növləri: Şərq çinarı, adam zəfəranı, Qafqaz qaş səhləbi, paradoksal süsən, parlaq ölməz kol (qırmızı tubulqa), gövdəsiz yastıbaş, ön Asiya mabuyası, qara çalağan, Meheli və ya eynəkli nalburun,  zolaqlı kaftar, çöl pişiyi və s.

Eldar şamı Dövlət Təbiət Qoruğu

  • Qısa məlumat: Eldar Şamı Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli 550 nömrəli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisində yaradılmış  mühafizə və elmi-tədqiqat idarəsi statusuna malik ərazidir. Qoruğun yaradılmasının başlıca məqsədi genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin  (ardıc,saqqız ağacı və s.), dünyada yeganə vətəni olan Elləroyuğunda  Eldar şamı meşəliyinin  təbii vəziyyətini  qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir.
  • Yerləşməsi: Samux rayonu, Elləroyuğu 
  • Sahəsi: 1686 ha 
  • Landşaftı: alçaq dağlıq sahə, yarımsəhra, arid meşə, yarğan və yamaclar
  • Rast gəlinən bitki növləri: Eldar şamı, adi nar, kütyarpaq püstə, adi zirinc, Pallas murdarçası, gürcü doqquzdonu, şərq şaqqıldağı, ağıriyli ardıc, Eldar dilqanadanı və s.
  • Rast gəlinən heyvan növləri: boz kəklik, adi turac, canavar, çöl donuzu, tülkü, çöl pişiyi, adi kirpi, porsuq, boz dovşan, qonur ayı  və s.
  • Qırmızı kitaba daxil olan növləri: Eldar şamı, Eldar armudu, kütyarpaq püstə, qonur ayı, çöl pişiyi və s.

İlisu Dövlət Təbiət Qoruğu

  • Qısa məlumat: İlisu  Dövlət Təbiət Qoruğu Azərbaycan Hökumətinin 20 fevral 1987-ci il tarixli 57№-li Qərarı ilə 9345 hektar ərazidə yaradılmışdır.  2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart tarixli Qərarı ilə qoruğun ərazisi genişləndirilmişdir.
  • Yerləşməsi: Böyük Qafqazın cənub yamacında (Qax rayonu), Zaqatala və İsmayıllı qoruqlarının arasında 700-2100 m hündürlükdə yerləşir. 
  • Sahəsi: 17381,6  ha 
  • Landşaftı: dağ-çəmən-meşə
  • Rast gəlinən bitki növləri: Şərq fısdığı, Qafqaz vələsi, Şərq palıdı, adi fındıq, Qafqaz armudu, sallaq tozağacı, titrəkyarpaq qovaq, Qafqaz cökəsi, dağ qarağacı, şərq kəğənəkçiçəyi və s.
  • Rast gəlinən heyvan növləri: böyük qırğı, adi canavar, tülkü, boz dovşan, qonur ayı, daşlıq dələsi, ağdiş, yenot, Qafqaz köpgəri, cüyür, çöl donuzu, Qafqaz maralı (nəcib maral) Şərqi Qafqaz turu və s.
  • Qırmızı kitaba daxil olan növləri: Trautvetter ağcaqayını, döşüdişli uzunbığ, alp rozaliyası, böyük qırğı, üçrəng gecə şəbpərəsi, meşə dələsi, Qafqaz maralı (nəcib maral) və s.

Korçay Dövlət Təbiət Qoruğu

  • Qısa məlumat: Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə  Goranboy rayonunun inzibati ərazinin 4833,6 hektar sahəsində Korçay dövlət təbiət qoruğu yaradılmışdır.  
  • Yerləşməsi: Goranboy rayonu
  • Sahəsi: 4833,6 ha
  • Landşaftı: düzənlik, təpəlik, alçaq dağlıq sahələri, tuqay meşələri
  • Rast gəlinən bitki növləri: tikanlı qaratikan, etirli yovşan, yapon tonqalotu,  çaytikanı, çöl laləsi, çöl bənövşəyi, ceyran otu və s.
  • Rast gəlinən heyvan növləri: cəld kərtənkələcik,  Qafqaz kələzi, Pallas dırmanan təlxəsi, yaşılbaş ördək, adi kirpi, çöl pişiyi, adi canavar, boz dovşan, çöl donuzu və s.
  • Qırmızı kitaba daxil olan növləri: nar, ilanyeyən dəmicaynaq, adi bəzgək, qəşəng durna, adi turac, səhra konlkücəsi, Hindistan tirəndazı və s.

Palçıq vulkanları Dövlət Təbiət Qoruğu

  • Qısa məlumat: Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu (bundan sonra-Qoruq) səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini (aktiv fəaliyyətdə olan, sönmüş, gömülmüş, neft çıxaran, ada və sualtı vulkanlar), vulkanik landşaftı təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərəncamı ilə Bakı və Abşeron yarımadasında yaradılmış təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.
  • Yerləşməsi: Bakı şəhəri və Abşeron rayonu
  • Sahəsi: 12322,84 ha
  • Landşaftı: yarımsəhra, vulkanik 
  • Rast gəlinən bitki növləri: İran sarmaşığı, bərk quramat, çoxbudaqlı yulğun, tikanlı dəvəqıran, ətirli yoxşan, böyük bağayarpağı, dəvətikanı və s.
  • Rast gəlinən heyvan növləri: göl qurbağası, Aqama kərtənkələsi, Xəzər gekkonu, Xəzər tısbağası, Levantiya irigürzəsi, qəhvəyi qağayı, qırmızıbaş qaraördək, Kiçik Asiya ərəbdovşanı, ağdöş kirpi, qırmızıquyruq qumsiçanı, Quldenşdedt qonurdişi, adi sincab, tülkü, çaqqal, adi canavar, və s.
  • Qırmızı kitaba daxil olan növləri: Bakı gəvəni, Bakı çuzqunu,  Aralıqdənizi  qurutısbağası və s.

Qaragöl Dövlət Təbiət Qoruğu

  • Qısa məlumat: Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci il tarixində Azərbaycan və Ermənistan Respubikalarının direktiv orqanlarının qərarı ilə yaradılmış və respublikalararası dovlət qoruğu elan edilmişdir. 
  • Yerləşməsi: Kiçik Qafqazın cənubu (Laçın rayonu)
  • Sahəsi: 240 ha
  • Landşaftı: meşə, yarğan, qayalıqlar, alp çəmənlikləri
  • Rast gəlinən bitki növləri: qırmızı palıd, şərq vələsi, ağacşəkilli fındıq, amfibi qırxbuğumu, Asiya qaymaqçiçəyi, adi meşə gilası və s.
  • Rast gəlinən heyvan növləri: Xəzər uları, qırmızı çalağan, ütəlgi qızılquş, ağbaş kələz, daşlıq dələsi, adi gəlincik və s.
  • Qırmızı kitaba daxil olan növləri: Xəzər uları, qırmızı çalağan, ütəlgi qızılquş, ağbaş kələz və s.

Qarayazı Dövlət Təbiət Qoruğu

  • Qısa məlumat: Qoruğun ərazisi Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il 2 mart tarixli 76 nömrəli və 1979-cu il 28 noyabr tarixli 467 nömrəli qərarları ilə müəyyən olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 99s nömrəli sərəncamı ilə Ağstafa rayonunun meşə fondu torpaqları hesabına genişləndirilmişdir.
  • Yerləşməsi: Ağstafa və Qazax rayonları
  • Sahəsi: 9658 ha
  • Landşaftı: meşə
  • Rast gəlinən bitki növləri: söyüd, böyürtkən, iydə, zirinc, ağyarpaq qovaq, palıd, qızılağac, yemişan, böyürtkən, amorf, qaramurdarça, göyəm və s.
  • Rast gəlinən heyvan növləri: maral, qunduz, dələ, gəlinçik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün, qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçın, göl və quru qurbağaları, batalıq tısbağası, müxtəlif ilanlar və kərtənkələlər və s.
  • Qırmızı kitaba daxil olan növləri: Bozqırsarı, məzar qartalı, vaşaq, safsar, qonur ayı və s.

Şirvan Dövlət Təbiət Qoruğu

  • Yerləşməsi: Salyan və Neftçala rayonları
  • Sahəsi: 4657 ha
  • Landşaftı: Yarımsəhra
  • Rast gəlinən bitki növləri: səhra acıqovuğu, Şovis yovşanı, şeytanqanqalı, araşoranlıq, yarıbaşlıq, şahsevdilik, yulğunlu - şahsevdilik, çərənlik (Suaedactum dendroides), yovşanlı-qarağanlıq, xəzər sarıbaşı, xəzər şahsevdisi, kol çərən, qarağan, şoviç yovşanı, budaqlı qışotu, ətli şoranqə, ətirli yovşanı və s.
  • Rast gəlinən heyvan növləri: ceyran, qunduz, çöl donuzu, dovşan, Xəzər suitisi, canavar, çaqqal, tülkü, porsuq, turac, bəzgək, dovdaq, qu quşu, boz qaz, qızıl qaz, Quba qazı, qızılbaş ördək, boz ördək, anqut, qaşqaldaq, böyük ağ vağ, kiçik ağ vağ, boz vağ, sarı vağ, bizquyruq ördək, enliburun ördək və s.
  • Qırmızı kitaba daxil olan növləri: qutan, qara leylək, bəzgək, dovdaq, soltan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu

Türyançay Dövlət Təbiət Qoruğu

  • Qısa məlumat: Türyançay Dövlət Təbiət Qoruğu Azərbaycan Hökumətinin 6 may 1958-ci il tarixli Qərarı ilə 12344 hektar ərazidə yaradılmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 yanvar tarixli Qərarı ilə ərazisi iki dəfə genişləndirilmişdir.
  • Yerləşməsi: Ağdaş, Oğuz, Yevlax, Qəbələ rayonları
  • Sahəsi: 22488 ha
  • Landşaftı: Arid meşə
  • Rast gəlinən bitki növləri: ardıc, saqqızağacı, gürcü palıdı, gürcü ağcaqayını, qaratikan, şərq doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça, sarağan, efedra və s.
  • Rast gəlinən heyvan növləri: çöl donuzu, qonur ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq, Xəzər tısbağası, kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, böyük və uzunquyruq arıquşu və s.
  • Qırmızı kitaba daxil olan növləri: ayı, şahin, berkut, çöl qartalı və s.

Zaqatala Dövlət Təbiət Qoruğu

  • Qısa məlumat: Qoruq 1929-cu ildə Zaqatala və Balakən inzibati rayonlarının ərazisində, Böyük Qafqaz sıra dağlarının mərkəz  hissəsinin cənub mikroyamaclarında təşkil edilmişdir.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 17 oktyabr tarixli 370s nömrəli Qərarı ilə Zaqatala və Balakən meşə mühafizəsi və bərpası müəssisələrinin torpaqları hesabına ərazisi genişləndirilərək sahəsi 47349 hektara çatdırılmışdır.
  • Yerləşməsi: Zaqatala və Balakən rayonları
  • Sahəsi: 47349 ha
  • Landşaftı: meşələr, subalp və alp çəmənlikləri və yüksək sal qayalıqlar
  • Rast gəlinən bitki növləri: fısdıq, vələs, palıd, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s.
  • Rast gəlinən heyvan növləri: Qafqaz təkəsi, Qafqaz köpgəri, nəcib maral, saqqallı quzugötürən, çöl donuzu və s.
  • Qırmızı kitaba daxil olan növləri: Qafqaz təkəsi, Qafqaz köpgəri, nəcib maral və s.