Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tabeli qurumlarında müvafiq vakant vəzifələrə işə qəbul üzrə müsahibə elan edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tabeli qurumlarında müvafiq vakant vəzifələrə işə qəbul üzrə müsahibə elan edir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tabeli qurumlarında aşağıdakı cədvəldə qeyd edilən vakant vəzifələrə işə qəbul üzrə müsahibə qeyd olunan meyarlara uyğun şəxslər iştirak edə bilər. Müsahibədə iştirak edən namizədlər arasından seçimlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbələrinin, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Komitəsinin mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçiriləcək.

Müsahibədə iştirak etmək istəyən vətəndaş ərizə ilə müraciət edərək aşağıda qeyd edilən müvafiq sənədləri 2022-ci il 25 iyul tarixinədək Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş sektoruna təqdim etməlidir.

Müsahibə 2022-ci il 27 iyul tarixində Bakı şəhəri, Heydər Əliyev pr 10 ünvanında yerləşən Bioloji Müxtəlifliyin Qorunması Xidmətində saat 11:00-da keçiriləcəkdir.

Ərizədə aşağıdakı məlumatlar göstərilir:

1.1. ərizəçinin müraciət etdiyi inzibati orqanın adı;

1.1.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;

1.1.2. iddia etdiyi vəzifə;

1.1.3. ərizənin tərtib edildiyi tarix, ərizəçinin imzası və telefon nömrəsi.

 

1.2. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı:

1.2.1. tərcümeyi-hal;

1.2.2. 4x6 sm ölçüdə dörd ədəd, 9x12 sm ölçüdə bir ədəd rəngli fotoşəkil;

1.2.3. kadrlar uçotunun şəxsi vərəqəsi;

1.2.4. ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) notarial qaydada təsdiq olunmuş surəti;

1.2.5.əmək kitabçasının surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

1.2.6. sağlamlıq haqqında arayış;

1.2.7. ilk dəfə əmək fəaliyyətinə başlayanlar heç bir yerdə işləməməsi haqqında arayış

1.2.8. hərbi biletin və ya qanunla müəyyən olunmuş qaydada hərbi xidmətdən möhlət hüququ verilməsini təsdiq edən sənədin surəti (qadınlar istisna olmaqla);

1.2.9. məhkumluğun olmaması barədə arayış.

 

1.3.    Aşağıdakı hallarda namizəd müsahibəyə buraxılmır:

1.3.1. Azərbaycan Respublikasının vətəndaşı olmayanlar;

1.3.2. Xidmətdəki vəzifə funksiyalarının yerinə yetirilməsi üçün vakansiya üzrə tələb olunan halda müvafiq  ali təhsilə malik olmayan şəxslər;

1.3.3. əyani şöbə üzrə ali təhsil alan vətəndaşlar;

1.3.4. çağırış yaşlı vətəndaşlar qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçmədikdə (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla);

1.3.5. məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə;

1.3.6. bu Qaydaların 2.1-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə və ya həmin sənədlərdə təhrif olunmuş məlumatlar aşkar edildikdə;

1.3.7. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə.

 

1.4. Namizəd aşağıdakı tələblərə riayət etməlidir:

1.4.1. müsahibənin aparılacağı yerə təyin edilmiş vaxtda gəlmək;

1.4.2. Komissiyanın üzvlərinə hörmətlə yanaşmaq, onların suallarını, tapşırıqlarını sonadək dinləmək;

1.4.3. suallara mahiyyəti üzrə cavab verməyə və tapşırıqları mümkün qədər qısa vaxtda yerinə yetirməyə çalışmaq;

1.5.4. üzrlü səbəb olmadan müsahibənin keçirildiyi otağı tərk etməmək;

1.6.5. rabitə və digər texniki vasitələri müsahibənin keçirildiyi otağa gətirməmək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin tabeli qurumlarında vakant olan vəzifələr

s/s

Vəzifənin adı

Maaş

Maaşa əlavə

Mühafizə edəcəyi ərazi

 

Qeyd

Bioloji Resursların Tədqiqatı Mərkəzi

1

Balıqların yem bazasının öyrənilməsi şöbəsi

Baş müxətəssis-şöbə müdiri

604

---

Bakı şəhəri, H.Əliyev prospekti 10

 

2

Balıqların sayının öyrənilməsi və ovunun proqnozlaşdırılması Mütəxəssisi

450

---

Bakı şəhəri, H.Əliyev prospekti 10

 

 

Altıağac Milli Parkı

3

Kadr və sənədlərlə iş üzrə mütəxəssis

450

10%

Xızı rayonu Altıağac qəsəbəsi

 

 

Şirvan Milli Parkı

4

Mahmudçala Ovçuluq Təsərrüfatı

Mühafizə yegeri

432

---

Biləsuvar rayonu Xırmandalı kəndi, Əsgərabad kəndi

 

5

Zəvvar Ovçuluq Təsərrüfatı

Sahə müfəttişi

468

---

Biləsuvar rayonu Ovçubərə k, Cəlilabad rayonu Günəşli kəndi, Neftçala rayonu Qaçaqkənd kəndi

 

6

Zəvvar Ovçuluq Təsərrüfatı

Mühafizə yegeri

432

---

Biləsuvar rayonu Ovçubərə k, Cəlilabad rayonu Günəşli kəndi, Neftçala rayonu Qaçaqkənd kəndi

 

7

Qırmızıkənd Ovçuluq Təsərrüfatı

Mühafizə yegeri

432

---

Masallı rayonu Köçəyli kənd, Xırmandalı kəndi, Neftçala rayonu Qırmızıkənd kəndi

 

 

Hirkan Milli Parkı

8

Mühafizə yegeri

432

---

Lənkəran rayonu , Haftoni sahəsi 22 saylı dolay,

Yuxarı və Aşağı Təngivan,Siyablı kəndləri

 

 

Göygöl Milli Parkı

9

Sahə müfəttişi

468

---

Göygöl rayonu, Toğanalı  kəndi

Göy göl, Maral göl, Zəli gölünün ətrafı

 

 

Qızılağac Milli Parkı

10

Sahə müfəttişi

468

---

1 və 2   saylı və Qumbaşı postu,

Lənkəran rayonu, Balıqçılar qəsəbəsi

 

11

Kadr və sənədlər üzrə mütəxəssis

450

 

---

Lənkəran rayonu, Balıqçılar qəsəbəsi

 

12

 

Mühafizə yegeri

432

---

Neftçala rayonu Qağalı kəndinə yaxın ərazilər

 

13

 

Bələdçi

398

---

1 nömrəli postdan başlayaraq bütün ərazi

 

 

Korçay Dövlət Təbiət Qoruğu

14

Mühafizə yegeri

432

---

 

Şəmkir Dövlət Yasaqlığının ərazisi

 

 

 

                                                                 Vakant olan vəzifələrin vəzifə funksiyaları və ixtisas tələbləri        

 

Bioloji Resursların Tədqiqatı Mərkəzinin Balıqların yem bazasının öyrənilməsi şöbəsidə baş müxətəssis-şöbə müdiri

Vəzifə funksiyaları:

 

Bilməlidir:

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bioloji Müxtəlifliyin Xidmətinin fəaliyyətinə dair məlumatlara sahib olmaq, öz is fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin fərman, qərar və sərəncamlarını, Azərbaycan Respublikasının təbiəti mühafizə sahəsində iştirak etdiyi beynəlxalq müqavilələri, digər normativ aktları, Ekologiya və təbii sərvətlər nazirliyinin  əmr, təlimatlarını, elmi-tədqiqat işlərinin nəzəri, praktiki və iqtisadi əsaslarını, xarici və ölkədaxili elmi tədqiqatlarının qabaqcıl iş təcrübəsini; elmi ekspedisiyaların və tematik qrupların təşkilinin əsaslarını, faunanın uçotu üsullarını və süni artırılmasının biotexnoloji əsaslarını, biotexniki və başqa tədbirlərin aparılmasını,istehsalat sanitariyası əməyin təhlükəsizliyi və yanğından mühafizə qaydalarını,kompüter proqramları və elektron sənəd dövriyyəsi.

 

İxtisas tələbləri:biologiya ixtisası üzrə ali təhsilli, bu sahə üzrə əmək stajı 5 il

 

           Bioloji Resursların Tədqiqatı Mərkəzinin Balıqların sayının öyrənilməsi və ovunun proqnozlaşdırılması şöbəsi mütəxəssis

 

Vəzifə funksiyaları:

 

Bilməlidir:

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bioloji Müxtəlifliyin Xidmətinin fəaliyyətinə dair məlumatlara sahib olmaq, öz is fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin fərman, qərar və sərəncamlarını, Azərbaycan Respublikasının təbiəti mühafizə sahəsində iştirak etdiyi beynəlxalq müqavilələri, digər normativ aktları, Ekologiya və təbii sərvətlər nazirliyinin  əmr, təlimatlarını, elmi-tədqiqat işlərinin nəzəri, praktiki və iqtisadi əsaslarını, xarici və ölkədaxili elmi tədqiqatlarının qabaqcıl iş təcrübəsini; elmi ekspedisiyaların və tematik qrupların təşkilinin əsaslarını, faunanın uçotu üsullarını və süni artırılmasının biotexnoloji əsaslarını, biotexniki və başqa tədbirlərin aparılmasını, istehsalat sanitariyası əməyin təhlükəsizliyi və yanğından mühafizə qaydalarını, kompüter proqramları və elektron sənəd dövriyyəsi.

 

İxtisas tələbləri:biologiya ixtisası üzrə ali təhsilli

 

Kadr və sənədlərlə iş üzrə mütəxəssis

             Vəzifə funksiyaları:

 

 

Bilməlidir:

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsini, öz iş fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin fərman, qərar və sərəncamlarını.

 

İxtisas tələbləri: ali təhsilli.

 

 

Sahə müfəttişi

Vəzifə funksiyaları:

 

 

Bilməlidir:

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,  Bioloji Müxtəlifliyin Xidmətinin və sənəd verdiyi qurumun fəaliyyətinə dair məlumatlara sahib olmaq, öz iş fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin fərman, qərar və sərəncamlarını, İnzibati Xətalar Məcəlləsini, quruma xas olan Qırmızı Kitaba düşmüş fauna və flora növləri haqqında məlumat, Azərbaycan Respublikasının təbiəti mühafizə sahəsində iştirak etdiyi beynəlxalq müqavilələri, digər normativ aktları, Ekologiya və təbii sərvətlər nazirinin əmr, təlimatlarını sənəd verdiyi qurumun əsasnaməsini, təbiəti mühafizə sahəsində elmi yenilikləri, əməyin təşkilinin əsaslarını, müəssisədaxili intizam qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

 

İxtisas tələbləri: orta ixtisas təhsilli mühafizə yegeri vəzifəsində 3 il stajı olan, ali təhsilli ümumi 1 il stajı olan, biologiya, coğrafiya, ekologiya, ətrah mühitin mühafizəsi ixtisasları üzrə ali  təhsilli.

 

 

Mühafizə yegeri

Vəzifə funksiyaları:

 

Bilməlidir:

 

Təbiəti mühafizə sahəsində mövcud olan qanunvericiliyi, meşə təftişini və faunanın uçotunun aparılmasını, heyvanların sayğsının aparılmasını, yanğından mühafizə tədbirləri həyata keçirilməsini, biotexniki tədbirlər keçirilməsini

 

İxtisas tələbləri: orta təhsilli.

 

Bələdçi

Vəzifə funksiyaları:

 

Bilməlidir:

 

Milli parkın ərazisini yaxşı tanımalıdır, milli parkın əsasnaməsini və milli parka dair qanunvericiliyi, daxili əmək intizamı qaydalarını, əməyin təşkilinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

 

İxtisas tələbləri: orta təhsilli, rus və ingilis dili biliyinə zəif də olsa malik olan