Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tabeli qurumlarında müvafiq vakant vəzifələrə işə qəbul üzrə müsahibə elan edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tabeli qurumlarında aşağıdakı cədvəldə qeyd edilən vakant vəzifələrə işə qəbul üzrə müsahibə qeyd olunan meyarlara uyğun şəxslər iştirak edə bilər. Müsahibədə iştirak edən namizədlər arasından seçimlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbələrinin, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Komitəsinin mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçiriləcək.
Müsahibədə iştirak etmək istəyən vətəndaş ərizə ilə müraciət edərək aşağıda qeyd edilən müvafiq sənədləri 2022-ci il 27 aprel tarixinədək Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş sektoruna təqdim etməlidir.
Müsahibə 2022-ci il 28 aprel tarixində Bakı şəhəri, Heydər Əliyev pr 10 ünvanında yerləşən Bioloji Müxtəlifliyin Qorunması Xidmətində saat 11:00-da keçiriləcəkdir.
Ərizədə aşağıdakı məlumatlar göstərilir:
1.1. ərizəçinin müraciət etdiyi inzibati orqanın adı;
1.1.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;
1.1.2. iddia etdiyi vəzifə;
1.1.3. ərizənin tərtib edildiyi tarix, ərizəçinin imzası və telefon nömrəsi.
1.2. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı:
1.2.1. tərcümeyi-hal;
1.2.2. 4x6 sm ölçüdə dörd ədəd, 9x12 sm ölçüdə bir ədəd rəngli fotoşəkil;
1.2.3. kadrlar uçotunun şəxsi vərəqəsi;
1.2.4. ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) notarial qaydada təsdiq olunmuş surəti;
1.2.5. əmək kitabçasının surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
1.2.6. sağlamlıq haqqında arayış;
1.2.7. ilk dəfə əmək fəaliyyətinə başlayanlar heç bir yerdə işləməməsi haqqında arayış
1.2.8. hərbi biletin və ya qanunla müəyyən olunmuş qaydada hərbi xidmətdən möhlət hüququ verilməsini təsdiq edən sənədin surəti (qadınlar istisna olmaqla) ;
1.2.9. məhkumluğun olmaması barədə arayış.
1.3. Aşağıdakı hallarda namizəd müsahibəyə buraxılmır:
1.3.1. Azərbaycan Respublikasının vətəndaşı olmayanlar;
1.3.2. Xidmətdəki vəzifə funksiyalarının yerinə yetirilməsi üçün vakansiya üzrə tələb olunan halda müvafiq ali təhsilə malik olmayan şəxslər;
1.3.3. əyani şöbə üzrə ali təhsil alan vətəndaşlar;
1.3.4. çağırış yaşlı vətəndaşlar qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçmədikdə (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla);
1.3.5. məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə;
1.3.6. bu Qaydaların 2.1-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə və ya həmin sənədlərdə təhrif olunmuş məlumatlar aşkar edildikdə;
1.3.7. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə.
1.4. Namizəd aşağıdakı tələblərə riayət etməlidir:
1.4.1. müsahibənin aparılacağı yerə təyin edilmiş vaxtda gəlmək;
1.4.2. Komissiyanın üzvlərinə hörmətlə yanaşmaq, onların suallarını, tapşırıqlarını sonadək dinləmək;
1.4.3. suallara mahiyyəti üzrə cavab verməyə və tapşırıqları mümkün qədər qısa vaxtda yerinə yetirməyə çalışmaq;
1.5.4. üzrlü səbəb olmadan müsahibənin keçirildiyi otağı tərk etməmək;
1.6.5. rabitə və digər texniki vasitələri müsahibənin keçirildiyi otağa gətirməmək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin tabeli qurumlarında vakant olan vəzifələr
s/s |
Vəzifənin adı |
Maaş |
Maaşa əlavə |
Mühafizə edəcəyi ərazi
|
Qeyd |
İnnovasiyaların Tətbiqi və Texniki Təminat Mərkəzi
|
|||||
1 |
Ovçuluq Təsərrüfatları ilə iş şöbəsində Baş mütəxəssis |
549 |
--- |
Bakı şəhəri, H.Əliyev prospekti 10 |
|
Bioloji Resursların Tədqiqatı Mərkəzi |
|||||
2 |
Balıqların yem bazasının öyrənilməsi şöbəsi Baş müxətəssis-şöbə müdiri |
604 |
--- |
Bakı şəhəri, H.Əliyev prospekti 10 |
|
3 |
Balıqların sayının öyrənilməsi və ovunun proqnozlaşdırılması mütəxəssisi |
450 |
--- |
Bakı şəhəri, H.Əliyev prospekti 10 |
|
Altıağac Milli Parkı
|
|||||
4 |
Baytar həkim |
508 |
10% |
Altıağac qəsəbəsi |
|
5 |
Kadr və sənədlərlə iş üzrə mütəxəssis |
450 |
10% |
Altıağac qəsəbəsi |
|
Şirvan Milli Parkı
|
|||||
6 |
Mahmudçala Ovçuluq Təsərrüfatı Sahə müfəttişi |
468 |
--- |
Biləsuvar rayonu, Xırmandalı kəndinə yaxın ərazilər |
|
7 |
Mahmudçala Ovçuluq Təsərrüfatı Mühafizə yegeri |
432 |
--- |
Biləsuvar rayonu, Xırmandalı kəndinə yaxın ərazilər |
|
8 |
Mahmudçala Ovçuluq Təsərrüfatı Mühafizə yegeri |
432 |
--- |
Biləsuvar rayonu, Xırmandalı kəndinə yaxın ərazilər
|
|
9 |
Zəvvar Ovçuluq Təsərrüfatı Sahə müfəttişi |
468 |
--- |
Cəlilabad rayonu Günəşli kəndi və Biləsuvar rayonu Ovçubərə kəndinə yaxın ərazilər |
|
10 |
Zəvvar Ovçuluq Təsərrüfatı Mühafizə yegeri |
432 |
--- |
Cəlilabad rayonu Günəşli kəndi və Biləsuvar rayonu ovçubərə kəndlərinə yaxın ərazilər |
|
11 |
Zəvvar Ovçuluq Təsərrüfatı Mühafizə yegeri |
432 |
--- |
Cəlilabad rayonu Günəşli kəndi və Biləsuvar rayonu Ovçubərə kəndinə yaxın ərazilər |
|
12 |
Qırmızıkənd Ovçuluq Təsərrüfatı Sahə müfəttişi |
468 |
--- |
Cəlilabad rayonu Uzuntəpə kəndi və Neftçala rayonu Xolqarabucaq kəndinə yaxın ərazilər |
|
13 |
Qırmızıkənd Ovçuluq Təsərrüfatı Mühafizə yegeri |
432 |
--- |
Cəlilabad rayonu Uzuntəpə kəndi və Neftçala rayonu Xolqarabucaq kəndinə yaxın ərazilər
|
|
14 |
Qırmızıkənd Ovçuluq Təsərrüfatı Mühafizə yegeri |
432 |
--- |
Cəlilabad rayonu uzuntəpə kəndi və Neftçala rayonu Xolqarabucaq kəndi |
|
Şahdağ Milli Parkı
|
|||||
15 |
Sahə müfəttişi |
468 |
30% |
Quba rayonu Xınalıq ərazisi |
|
16 |
Mühafizə yegeri |
432 |
--- |
Quba rayonu Rustov meşəbəyliyi, 3 saylı meşə dolay Şuduq, Bad, Xanagah kəndlərinə yaxın ərazi |
|
18 |
Mühafizə yegeri |
432 |
20% |
Quba rayonu Babadağ ərazisi, Köşərah, Mollalar kəndlərinə yaxın ərazi |
|
19 |
Mühafizə yegeri |
432 |
10% |
Oğuz rayonu Xaçmaz meşəbəyliyi, 2 və 3 saylı dolay Xaçmaz kəndinə yaxın ərazi |
|
20 |
Bələdçi |
398 |
--- |
Oğuz rayonunda mövcud turist marşurutları üzrə
|
|
21 |
Baş Hüquqşunas |
604 |
--- |
Şabran rayonu, Pirəmsəm kəndinə yaxın ərazi
|
|
Hirkan Milli Parkı
|
|||||
22 |
Mühafizə yegeri |
432 |
--- |
Hirkan meşəbəyliyi Astara rayonu Siğakəran kəndinə yaxın ərazi |
|
23 |
Mühafizə yegeri |
432 |
--- |
Haftoni meşəbəyliyi Lənkəran rayonu Yuxari və Aşağı Təngivan, Şögü kəndləri və Lerik rayonu Piran kəndlərinə yaxın ərazilər |
|
24 |
Mühafizə yegeri |
432 |
--- |
Osaküçə meşəbəyliyi Lənkəran rayonu Osaküçə, Horaven, Bəliton, Halzava kəndlərinə yaxın ərazilər |
|
Göygöl Milli Parkı
|
|||||
25 |
Sahə müfəttişi |
468 |
20% |
Göygöl rayonu, Toğanalı kəndi |
|
26 |
Var-Vara ovçuluq təsərrüfatı Sahə müfəttişi |
468 |
|
Mingəçevir rayonu
|
|
27 |
Mühafizə yegeri |
432 |
20% |
Göygöl rayonu, Toğanalı kəndi |
|
28 |
Mühafizə yegeri |
432 |
20% |
Göygöl rayonu, Toğanalı kəndi |
|
Samur-Yalama Milli Parkı
|
|||||
29 |
mühafizə yegeri |
432 |
--- |
Yalama meşə sahəsi Nabran-Tel kəndinə yaxın ərazilər |
|
Qızılağac Milli Parkı
|
|||||
30 |
sahə müfəttişi |
468 |
--- |
1 və 2 saylı və Qumbaşı postu, Lənkəran rayonu, Balıqçılar qəsəbəsi |
|
31 |
sahə müfəttişi |
468 |
--- |
Qızılağac, Hacı və İtdişi postu Lənkəran rayonu Balıqçılar qəsəbəsi, Masallı rayonu Qizilağac kəndi |
|
32 |
Kadr və sənədlər üzrə mütəxəssis |
450
|
--- |
Lənkəran rayonu, Balıqçılar qəsəbəsi |
|
Korçay Dövlət Təbiət Qoruğu
|
|||||
33 |
Mühafizə yegeri |
432 |
--- |
Goranboy rayonu, Qarasuçu kəndinə yaxın ərazi |
|
34 |
Mühafizə yegeri |
432 |
--- |
Goranboy rayonu, Qarasuçu kəndinə yaxın ərazi |
|
Zaqatala Dövlət Təbiət Qoruğu
|
|||||
35 |
Mühafizə yegeri |
432 |
10% |
Balakən rayonu, Mahamalar kəndinə yaxın ərazi |
|
Eldar Şamı Dövlət Təbiət Qoruğu
|
|||||
36 |
Elmi işçi |
487 |
--- |
Samux rayonu, Kəsəmən kəndi
|
|
37 |
Sahə müfəttişi |
468 |
--- |
Samux rayonu, Kəsəmən kəndi
|
|
Bakı və Abşeron Yarmadasının Valçıq Vulkanları qrupu Dövlət Təbiət Qoruğu
|
|||||
38 |
Sahə müfəttişi |
468 |
--- |
Umbakı ərazisi |
|
39 |
Sahə müfəttişi |
468 |
--- |
Umbakı, Qobustan, Navahı əraziləri |
|
40 |
Mühafizə yegeri |
432 |
--- |
Pirəküşkül Çaylı yaşayış məntəqə ətrafı |
|
Qarayazı Dövlət Təbiət Qoruğu |
|||||
41 |
Mühafizə yegeri |
432 |
----- |
Saloğlu meşəbəyliyi Ağstafa rayonu Saloğlu kəndinə yaxın ərazi |
|