- Yaranma tarixi: 1 aprel 2008-ci il
- Yerləşməsi: Göygöl, Daşkəsən və Goranboy rayonları
- Landşaft: Dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən
- Rast gəlinən bitki növləri: Qafqaz vələsi ,tozağacı, qaraçöhrə, göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, fıstıq, palıd,şam, zoğal, əzgil, zirinc
- Rast gəlinən heyvan növləri: Qonur ayı, canavar, çaqqal, tülkü, porsuq, vaşaq, çöl pişiyi, sincab, dələ, oxlu kirpi, Qafqaz maralı, cüyür, bezoar keçisi, qaban, qartal, şahin, sar, yaşılbaş ördək, su sonası, dağ kəkliyi, tetra, çay balığı, qızılxallı balıq.
- “Qırmızı Kitab”a daxil olan növlər: Bezoar keçisi, nəcib maral, vaşaq, Qafqaz uları, Qafqaz tetrası, cırtdan qartalça, kütyarpaq püstə, Qafqaz səhləbi, fırfır səhləb, paradoksal süsən, kiçik süsən və s.
Göygöl Milli Parkı - İnteraktiv xəritə
Sahəsi
12 755ha
Paytaxdan məsafə
371 km
>