11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günüdür.

11 Yanvar 2024, 11:15

1997-ci ildən etibarən Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 11 yanvar Dünya Qoruqlar və Milli Parklar Günü kimi qeyd olunur.
 

Bu günün keçirilməsində məqsəd biomüxtəlifliyin, təbii ekosistemlərin qorunmasında və planetin rifahının təmin edilməsində milli parklar və qoruqlar kimi mühafizə olunan təbiət ərazilərin əhəmiyyətini vurğulamaqdır.
 

Hazırda Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 %-ni təşkil edir.
 

Qeyd edək ki, bu gün ölkə ərazisindəki bütün milli parklarda "Açıq qapı" günü elan olunub. Hər kəs Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.
 

Kiçik addımlar atmaq və təbiətə töhfə verə biləcək təşəbbüslərdə iştirak etməklə biz hamımız təbiət ərazilərinin qorunmasını və gələcək nəsillər üçün davamlı olmasını təmin edə bilərik.
 

______________________________________________

 

11 January marks day of nature reserves and national parks
 

Since 1997, January 11 is celebrated worldwide as International Day of Reserves and National Parks at the initiative of the Biodiversity Conservation Center and the World Wildlife Fund.
 

The purpose of this day is to highlight the importance of protected natural areas, such as national parks and reserves, in protecting biodiversity, natural ecosystems and ensuring the well-being of the planet.
 

Currently there are 10 national parks, 10 state reserves and 24 state sanctuaries in the country. In general, the area of specially protected natural areas is 10.3 percent of the total territory of the republic.
 

“Open door day” has been announced in all national parks in the country today. By coming to the national parks located in different regions of Azerbaijan, everyone can enjoy the fascinating natural areas and spend a productive day.
 

By taking small steps and participating in initiatives, we can all ensure protection of these valuable areas and their continued existence for future generations.

 

Fotoqalereya