“Geopark Konsepsiyası vasitəsilə davamlı və dayanıqlı inkişafa nail olmaq” mövzusunda tədbir keçirilib

06 Oktyabr 2023, 15:00

 

“Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun Ağdam palçıq vulkanında “Geopark Konsepsiyası vasitəsilə davamlı və dayanıqlı inkişafa nail olmaq” mövzusunda tədbir keçirilib.
 

Malayziya Səfirliyinin dəstəyi, Malayziya Texniki Əməkdaşlıq Proqramının üzvlərinin - Mərkəzi Bank, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Neft Şirkəti, müxtəlif dövlət komitələrinin nümayəndələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Toyota klubunun əməkdaşlarının iştirakı ilə baş tutan tədbir iştirakçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, Qlobal Geoparklar proqramının əsas məqsədi beynəlxalq əhəmiyyətli geoloji obyektlərin davamlı iqtisadi inkişaf modelini yaratmaqdır.
Azərbaycan ərazisində yaradılması nəzərdə tutulan geoparka daxil ediləcək Ağdam palçıq vulkanı həm maraqlı ekoturizm obyekti, həm də yaxınlıqda yerləşən qışlaqlarda “Qışlaq turizmi”ni təşkil etmək kimi imkana malik ərazidir. O cümlədən, ərazinin relyefi müxtəlif növ ektremal idman növlərinin təşkilinə də imkan yaradır.

 

Fotoqalereya